Niğdedə yaşayan və həyat yoldaşından ayrılma prosesində olduğu öyrənilən Nazım Meşe Konyanın Ereğli rayonundakı qayınatası Cuma Hanın yanına gəlib.
Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, Qayınatasının evində birlikdə spirtli içki qəbul edən Nazım Meşə saat 22.30 radələrində səs-küy xəbəri alan polis qrupları tərəfindən polis bölməsinə aparılıb. Səhər saat 06.30-a qədər polis idarəsində saxlanılan Meşe daha sonra sərbəst buraxılıb. Evə gedən Nazım Meşə tezliklə 112 Təcili Zəng Mərkəzinə zəng edib. Meşə “Qayınatam qan içində yatır” deyərək kömək istəyib. Xəbərdarlıq üzərinə qruplar kürəyində və boynunda balta ilə kəsilmiş Cuma Hanın öldüyünü müəyyən ediblər.