Qaynatası general, qardaşı nazirin köməkçisi olub – “SOCAR Türkiyə’’nin yeni rəhbəri kimdir?backend

Qaynatası general, qardaşı nazirin köməkçisi olub – “SOCAR Türkiyə’’nin yeni rəhbəri kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Zaur Qəhrəmanov “SOCAR Türkiyə’’nin baş direktoru vəzifəsindən azad olunaraq, onun yerinə Elçin İbadov təyin olunub. 

Bu təyinatdan sonra SOCAR Elçin İbadovun tərcümeyi halı ilə bağlı da məlumat yaydı. 

Amma E.İbadovun kimliyi barədə 32gun.az-a maraqlı məlumat daxil olub.

Qaynatası general, qardaşı nazirin köməksi olub - "SOCAR Türkiyə’’nin yeni rəhbəri kimdir?

E.İbadov 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2018-ci ildən Fövqəladə Hallar Nazirinin müavini, 27 avqust 2022-ci ildə vəfat edən general-leytenant Nazim Məmmədovun qızının həyat yoldaşıdır.

Bununla belə o, Fövqəladə Hallar Nazirliyi katibliyinin sabiq rəisi, iqtisad elmlər doktoru Cəfər İbadovun qardaşıdır. C.İbadov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun köməkçisi vəzifəsində də çalışıb.

Qaynatası general, qardaşı nazirin köməksi olub - "SOCAR Türkiyə’’nin yeni rəhbəri kimdir?
Cəfər İbadov 
hazırda 3D Klubu Biznes və Düşüncə Cəmiyyətinin rəhbəridir.

Elçin İbadov Çikaqo İllinois Universitetindən məzun olduqdan sonra 2002-ci ildə Çikaqoda Dünya Ticarət Mərkəzində araşdırma mütəxəssisi olaraq əmək fəaliyyətinə başlayıb. 2003-cü ildən etibarən 11 il müddətində PwC şirkətində müxtəlif məsul vəzifələrdə çalışdıqdan sonra 2014-2019-cu illər arasında STAR Neft Emalı Zavodunda (NEZ) maliyyə direktoru və CFO vəzifələrində fəaliyyətini davam etdirib. 2019-cu ilin noyabr ayından etibarən “Petkim”də, həmçinin STAR NEZ, “Petkim”, “SOCAR Depolama” və “SOCAR Petrol Ticaret” şirkətlərini əhatə edən Neft emalı və neft-kimya biznes vahidində baş maliyyə direktoru vəzifəsini icra edib. “Harvard Business School”da müxtəlif peşəkar təhsil və sertifikat proqramlarını tamamlayan Elçin İbadov iqtisadiyyat, mühasibatlıq, maliyyə, beynəlxalq maliyyə hesabatları standartları və maliyyə auditi mövzularında bir neçə dərsliklərin müəllifi, ACCA, ACFE və IIA kimi beynəlxalq maliyyə və audit təşkilatlarının daimi üzvüdür.

2016-cı ildən “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsində çalışıb.