Kürəkəni ilə eşq yaşamağa başlayan qaynana bütün ailənin məhvinə səbəb olub.
Sözügedən hadisə Türkiyənin Adana şəhərində baş verib.
Uzun müddətdir kürəkəni ilə eşq yaşayan qaynanın sirri oğlu Serdar B-ni yeznəsi Samet İ-nin anasına yazdığı eşq dolu mesajları görməsi ilə aşkara çıxıb. Onların münasibətini öyrənən Serdar bacısının evinə gedərək yeznəsini oradan qovub. Serdar 2 həftə sonra yenidən evə dönən Sameti öldürmək üçün dayısı ilə birlikdə bacısının evinə gedib. Yaşanan mübahisə zamanı Samet cibindəki silahı çıxararaq dayı Yusun T-ni qətlə yetirib.
Hadisədə iştirak edən bütün ailə üzvləri həbs olunub. Polisə ifadə verən qaynana Yeter B. ” Samet mənim facebook hesabıma sevgi dolu mesajlar yazmağa başladı. Mən bunun yanlış olduğunu dedim amma o buna davam etdi. Mən də ona qarşılıq verməyə başladım. Biz cinsi əlaqəyə girdik. Ondan sonra münasibətimiz davam etdi” deyə bildirib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.