Aralıq dənizində 200-ə qədər miqrantın olduğu qayıq batıb.
Aralıq dənizində 200-ə qədər miqrantın olduğu qayıq batıb.
TİA.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Miqrasiya Komissarlığı məlumat yayıb.
Məlumata görə, qayığın batması xəbərini xilas olan miqrantlar veriblər. Xilas olanlar İtaliyanın Siciliya adasına çıxa biliblər.
Rəsmilər təxminən 180 insanın öldüyünü düşünür.
Bu faciə 2017-ci ilin ilk böyük faciəsi olaraq qeydə alınıb.
Qeyd edək ki, ötən ilin statistikasına görə 5 min miqrant Aralıq dənizində batıb.