NOW TV-də yayımlanan “Şakir Paşa Ailəsi: Möcüzələr və Skandallar” serialının son bölümündə qaynata ilə gəlinin öpüşmə səhnəsi diqqət çəkib.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, bir çox izləyici bu vəziyyətin normallaşmasına reaksiya verib və RTÜK-ü hərəkətə keçirməyə çağırıb.
Qeyd edək ki, serial türk ədəbiyyatının məşhur romançılarından biri, Halikarnas balıqçısı (Cevat Şakir Kabaağaçlı), rəssam Fahrünnisa Zeid, Türkiyənin ilk qadın oyma rəssamı Əliyə Berger və türk keramika sənətinin qabaqcıllarından Füreya Koral kimi adların yer aldığı bir ailənin həm sənət dünyasında, həm də şəxsi həyatlarında sirlərini aşkara çıxaran bir serialdır.
Dünən axşam saatlarında 5-ci bölümü yayımlanan serial Şakir Paşa ilə gəlini Aniesin öpüşmə səhnəsi ilə diqqət çəkib. Bu səhnə tamaşaçıları çox qəzəbləndirib. Sosial şəbəkələrdə minlərlə şərh yazılıb.
İnsanlar şərhlərdə əxlaqsızlığın normallaşdırılmasının təbliğ olunduğunu vurğulayıb.
Ceyran