QAYINANA VƏ QAYINATA AİLƏYƏ MÜDAXİLƏ EDƏRSƏ ZORAKILIQ SAYILACAQ – QANUN TƏSDİQLƏNDİ

QAYINANA VƏ QAYINATA AİLƏYƏ MÜDAXİLƏ EDƏRSƏ ZORAKILIQ SAYILACAQ – QANUN TƏSDİQLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələcəkdə qayınana, qayınata kənardan ailəyə müdaxilə edəcəksə, bu, məişət zorakılığı hesab ediləcək. Bu barədə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişikdə nəzərdə tutulub.

Bu Azərbaycan mental dəyərlərinə və ailələr arasındakı münasibətə necə təsir edər? Daha da boşanmaların sayını artıra bilərmi? Çünki tərəflər ana- atalarından şikayət etsələr ailədaxili problemlərə gətirib çıxara bilər.

Bu barədə Tribunainfo.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirdi:

“Qaynana-qaynata müdaxiləsi dedikdə komitə rəsmisi nəyi nəzərdə tutur? Belə düşünürəm ki, böyük məsləhətini, ağsaqqal-ağbirçək tövsiyyəsini də müdaxilə hesab edəcəklər. Siz təsəvvür edirsiniz bu nə deməkdir? Bu böyük bir institutu yerlə-yeksan etmək deməkdir. Bu ailənin qurulmamış dağılması deməkdir. Hər fürsətdə hücuma hazır gəlinin bu fürsəti dəyərləndirməyəcəyini demək olarmı? Təbii ki yox. Təəssüflə demək məcburiyyətindəyəm, böyüyə hörmət etməyən nəsil formalaşıb. Gənclər böyük məsləhətinə qarşı dözümsüzdür, məsləhəti əmr, tövsiyyəni göstəriş zənn edirlər.
Ailə quran gənclərə böyüklük edə bilməyəcəksə o ata-ananın nə dəyəri qalır ailədə? Mən sözün həqiqi mənasında böyüklükdən danışıram. 20 yaşlı gənclə 50-60 yaşlı bir insanın dünyagörüşü, bildiyi eyni deyil, məsləhət verməyin nəyi pisdir? Evləndirəndə, gəlinə xərc çəkəndə, zinət, daş-qaş alanda, ən bahalı restoranda toyu edəndə, ev alıb yerləşdirəndə qayınana-qayınata əziz olur, məsləhət verəndə düşmən? Boşanmaların hansı həddə çatacağını təsəvvür edirsinizmi? Fəlakət bir mənzərə gözləyir bizi. Böyüyə hörməti bu qədər cılızlaşdırmaq, ucuzlaşdırmaq nə qazandıracaq bu cəmiyyətə?

Əgər qayınana, qayınata gəlinə qarşı fiziki-mənəvi zorakılıq edirsə, bu əlbəttə ki qanunla həllini tapmalıdır, tapır da. Amma təklif olunan dəyişikliklə ailədə böyük məsləhəti, tövsiyyəsi də ailəyə müdaxilə hesab ediləcək zənnimcə, bizim etirazımız bunadır. Minillərin dəyərini belə ayaqaltı etmək olmaz. Bununla minlərlə gənc qıza böyüyə qarşı dözümsüzlük aşılanır, hörmətsizlik öyrədilir. Kimik bir mübahisədə, verilən hər hansı bir məsləhəti bəyənməyəndə nəfəsini polisdə dərəcək o gəlinlər. Ailələrin içi açılıb töküləcək, köhnə palan içi eşiləcək. Yaranacaq mənəvi böhranı təxmin etmək heç də çətin deyil”.