Qaxın icra başçısı qalmaqallı şirkətə tender veribbackend

Qaxın icra başçısı qalmaqallı şirkətə tender verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qax rayon İcra Hakimiyyəti bir gündə iki tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən biri şəhərin Ənvər Məmmədxanlı və Xalidə Həsilova küçələrində yol və səkilərin əsaslı təmiri işlərini əhatə edir.
Bu məqsədlə 162.370,48 manat ayrıldığı bildirilir.
İkinci tender isə Qax şəhəri, V.Eyvazov küçəsi 20 saylı binanın həyətində, Mİİ balansında olan Ü.Hacıbəyov küçəsində yerləşən fərdi evlərinə gediş-gəliş yolunda asfalt-beton örtüyün əsaslı təmiri işləri ilə bağölıdır. Bu məqsədlə İcra Hakimiyyəti 65.690,6 manat pul ödəyəcək.
Qeyd edək ki, hər iki tenderi eyni şirkət udub. “TOPXANA LAYİHƏ İNŞAAT” MMC ilə artıq satınalma müqaviləsi də bağlanılıb.
Bildirək ki, “Topxana Layihə İnşaat” şirkətinin adı bir çox qalmaqallara qarışıb. Vergi ödənilməsindən tutmuş, inzibati qaydada cəzalandırılmaya qədər adı bir çox məsələlərdə adı hallanan şirkət, həm də son bir həftə ərzində ən azı 5 tenderin qalibi olub.