backend

Qaxda evləri su basdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında Qax rayonuna yağan leysan yağışlar fəsadlara səbəb olub. 

Gecə saatlarında Qax rayonuna yağan leysan yağışlar fəsadlara səbəb olub.


TİA.AZ xəbər verir ki, nəticədə rayonun Marsan kəndindən keçən Qapıçay daşıb və kəndin çox hissəsində həyətləri su basıb. 

Yerli təsərrüfata ziyan dəyib. 

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, gecə saatlarında başlayan yağış leysan xarakteri alıb və gecə saat 04 rədələrində kənd ərazisindən keçən Qapıçay daşıb.

Sakinlər deyir ki, çayın daşma səbəbi təkcə leysan deyil, həm də suyun qarşısının zir-zibillə bağlanmasıdır: “Sonuncu dəfə belə daşqın 2010-cu ildə mayın 10-da olmuşdu. Ondan sonra kanallar təmizləndi. Yəqin ki, kanallar təmizlənmədiyinə görə yenidən belə hal yaşanıb. Daşqın nəticəsində evlər, həyətyanı sahələri su basıb. Təsərrüfat sahələrinə ziyan dəyib. Yerdən tikilən evlərin içərisi, digər evlərin zirzəmisi su ilə dolub”.

Lakin kənddə səhər saatlarından elektrik enerjisinin kəsilməsi sakinləri çətin vəziyyətdə qoyub. Sakinlərin sözlərinə görə, hazırda icra hakimiyyəti nümayəndələri kanalları təmizləyir, problemin aradan qalxması üçün işlər görülür.