QATAR SƏFƏRLƏRİ NİYƏ BƏRPA EDİLMİR? – PROFESSOR

QATAR SƏFƏRLƏRİ NİYƏ BƏRPA EDİLMİR? – PROFESSOR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dəmir Yollarının rayonlara səfərləri bərpa edilməlidir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev çıxış edib. O bikdirib ki, qatarlarımız köhnə olsa da səfərlər bərpa edilməlidir:

“Bütün keçmiş MDB məkanında köhnə qaayarlardan istifadə olunur. Hələ ki aşanı, relsdən çıxanı olmayıb. Məsələn, mən gedib Gədəbəyi, Zaqatalanı görmək istəyirəm, amma gedə bilmirəm. Çünki ora uzaq olduğuna görə maşın sürmək istəmirəm, avtobus da narahatdır. Onun yerinə gecə qatara minib səhər orada enmək istəyirəm”.

Professor bildirib ki, qatar səfərlərinin açılması avtomobillərin səbəb olduğu yol qəzalarını da azaldacaq:

“Bu həmçinin daxili turizmi də canlandıracaq. Rayonlarda işsizliyi azaldacaq. Rayonlara investisiya axınını gücləndirəcək. Dəmir yolları effektivdir, modernizm və mədəniyyət göstəricisidir”.