Floridada arxa-arxaya gələn qasırğalar ət yeyən bakteriyaları geridə qoyub. Mütəxəssislərin fikrincə, hallar “qeyri-adi” artsa da, indiyədək 13 ölüm faktı qeydə alınıb.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, ABŞ- ın Florida ştatında üst-üstə düşən Helene və Milton qasırğalarından sonra ət yeyən bakteriyaların yaratdığı infeksiya halları sürətlə artmağa başladı.
Florida səhiyyə rəsmiləri, 2024-cü ildə 74 təsdiqlənmiş “Vibrio vulnificus” ( ət yeyən bakteriya ) infeksiyası hallarının olduğunu , 2023-cü ildə isə 46 hadisə və 11 ölüm halının olduğunu söylədi.
ƏTYƏNƏN BAKTERİYA NƏDİR?
Florida Səhiyyə Departamentinə görə, “Vibrio vulnificus” “təbii olaraq duzlu suya ehtiyacı olan isti, duzlu dəniz suyunda meydana gələn bir bakteriya” növüdür.
Səlahiyyətlilər, qasırğalardan sonra bu artımı keçən ay Floridada güclü küləklər və tarixi fırtına dalğaları ilə vuran Helene qasırğası ilə əlaqələndiriblər.
Ceyran