Mayın 21-də saat 17:00 radələrindən başlayaraq İsmayıllı şəhərinin ərazisində güclü yağış və dolu ilə müşayət olunan qasırğa hadisəsi baş verib.
Mayın 21-də saat 17:00 radələrindən başlayaraq İsmayıllı şəhərinin ərazisində güclü yağış və dolu ilə müşayət olunan qasırğa hadisəsi baş verib.
İsmayıllı Rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, qasırğa nəticəsində şəhərin elektrik, rabitə və qaz təsərrüfatına ciddi zərər dəyib. Belə ki, 20-dən çox yerdə çoxillik ağacların elektrik xətlərinin üzərinə aşması nəticəsində 10 kv-luq və 10 yerdə 0.4 kv.luq hava xətləri sıradan çıxmışdır, kənd təsərrüfatına və əkin sahələrinə xeyli ziyan dəyib.
Şəhərin ərazisində İsmayıllı şəhər 6 saylı tam orta məktəbinin, İsmayıllı Şəhər Bələdiyyəsinin, 8 ümümi yaşayış binalarının və 10-a yaxın sahibkarlıq obyektinin dam örtüklərinə ağac aşıb və güclü küləyin təsiri ilə ciddi ziyan dəyib. 1 avtomobilin üzərinə ağac aşıb. Təbbi fəlakətin vurduğu ziyanla bağlı rayon Fövqəladə Hallar Komissiyasına 30-dan çox vətəndaş müraciət edib.
Təbbi fəlakətin rayon ərazisində elektrik, rabitə, su, qaz və kənd təsərrüfatına həmçinin vətəndaşlara vurduğu zərərin miqdarı hesablanır.