Qaşıqçı cinayəti ilə bağlı bölüm bu ölkədə yayımlanmadı – Video

Qaşıqçı cinayəti ilə bağlı bölüm bu ölkədə yayımlanmadı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur serial platforması Netflix jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı hazırladığı bölümü Səudiyyə Ərəbistanında yayımdan qaldırıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, söhbət Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salman üçün “Ən qanqanster adam” adlanan bölümdən gedir.

Komediyaçı Hasan Minhaj bölümdə Camal Qaşıqçı cinayəti ilə bağlı kral ailəsini tənqid edir.Səudiyyə Ərəbistanının tələbiylə bölümün ölkədə yayımlanması qadağan edilib.

“Netflix”in idarediciləri ölkə qanunlarına əməl etməyə məcbur olduqlarını bildiriblər.

Qeyd edək ki, sözügedən bölüm “Youtube”şəbəkəsində izlənməkdə davam edir.

Xatırladaq ki, səudiyyəli jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib.