İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.
Tribunainfo.az report-a istinadən xəbər verir ki, bu barədə Kirman şəhər fövqəladə hallar idarəsinin rəisi bildirib.
Onun sözlərinə görə, yaralı sayı 141 nəfər təşkil edir.
İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.
Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.
Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.
Qeyd edək ki,İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.
Tribunainfo.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hadisə Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt baş verib.