“Çalışacağıq ki, bizə göstərilən etimadı gələcəkdə də doğruldaq”
“Çalışacağıq ki, bizə göstərilən etimadı gələcəkdə də doğruldaq”
Bunu yeni energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.
“Qarşımızda konkret hədəflər var. Azərbaycanda uzun illərdir ki, islahatlar aparılır. Bu islahatların nəticələri çox mötəbər təşkilatların hesabatlarda öz əksini tapır. Energetika sahəsində də bir çox çağırışlar var. Bu çağırışlara cavab vermək üçün hər zaman dəyişikliyə ehtiyac var. Əgər bu yolda dəyişiliyə, islahata ehtiyac olsa, biz buna gedəcəyik”- nazir deyib.