Qarpız mövsümü çoxdan başlayıb.
Qarpız mövsümü çoxdan başlayıb.
Artıq qarpız süfrələrimizi bəzəyir. Lakin bu zolaqlı giləmeyvədən zəhərlənmək ehtimalı həmişə var. Zəhərlənməmək üçün isə doğru qarpızı seçmək və onun yeyilmə qaydalarına riayət etmək lazımdır.
TİA.AZ xarici mütəxəssislərin diqqət etməli olduğumuz məqamlarla bağlı xəbərdarlıqlarını təqdim edir.
Yol kənarında satılan qarpızlara çox da güvənməyin. Çünki belə yerlərdə satılan qarpızlar çox zaman sanitar nəzarətdən keçmir və avtomobillərdən ayrılan yanmış qazlar, ağır metallar onların üzərinə çökür. Bu qarpızdan zəhərlənmə ehtimalını istisna edilmir.
Ona görə də qarpızı satış səlahiyyəti verilən yerlərdən alın. Bu yerlərdə qarpızın lazımi temperaturda saxlanılması üçün şərait yaradılmalıdır. Həmin yerlə bağlı şübhələriniz varsa, satıcılardan uyğunluq sertifikatı, qarpızların yetişdirildiyi yerdən verilmiş şəhadətnamə, satışı təşkil edən hüquqi şəxs haqqında informasiyaları tələb edə bilərsiniz.
Keyfiyyətli qarpızın qabığının rəngi daha parlaq və möhkəm olur. Onu dırnaqla da deşmək mümkün olmur. Ovcunuzla vuranda ucadan bir səs çıxmalı, sıxanda isə zəif xışıltı eşidilməlidir. Ən yaxşısı isə orta ölçülü qarpız seçməkdir.
Nitrata diqqət
Qarpızdan zəhərlənmələrin başlıca səbəblərindən biri də tərkibində nirtatın miqdarının normadan çox olmasıdır. Qarpızın tərkibindəki nitratın miqdarını isə laboratoriyada müəyyən etmək olar.
Əgər qarpızın lifləri ağ deyil, sarı rəngdədirsə, kəsəndə turş qoxu gəlirsə, onu yeməyin.
İlıq su və sabunla yuyun
Ən vacib məqam isə qarpızı kəsməzdən əvvəl sabnun və ilıq su ilə yuyun. Çünki torpaqdakı toz hissəcikləri, qapıqdakı mikroorqanizmlər kəsəndə içinə düşə və bağırsaq infeksiyalarına səbəb ola bilər. Kəsilmiş qarpızı soyuducuda saxlamalısınız.