Qarpızı harada saxlamaq lazımdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ağlasığmaz zəhərlənmələr də olur. İnsanlar kiflənmiş qatıq, kiflənmiş lavaş və pendirdən də zəhərlənir”.  “Ağlasığmaz zəhərlənmələr də olur. İnsanlar kiflənmiş qatıq, kiflənmiş lavaş və pendirdən də zəhərlənir”.  

TİA.AZ APA-ya istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin (KTM) Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə Babayeva deyib.
 
O bildirib ki, bu ilin 6 ayında KTM-nin 2-ci yoluxucu şöbəsinə 13 nəfər botulizmdən, 71 nəfər qida zəhərlənməsindən, 395 nəfər mədə – bağırsaq pozulması ilə daxil olub. Şöbə müdiri əlavə edib ki, şöbədə qida zəhərlənmələrindən ölüm hadisəsi baş verməyib.
 
“Meyvə-tərəvəzlər, əsasən qarpız soyuducuda 2-6 saatdan çox qalmamalı, qarpız soyuducunun aşağı rəflərində saxlanılmalıdır. Qarpız soyuducuda saxlanılmasa, daha yaxşı olar” – deyə. G. Babayeva vurğulayıb.