Qarlı havada xəsarət alanların sayı açıqlandı

Qarlı havada xəsarət alanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

“Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub”,- deyə məlumatda qeyd edilib.