Xüsusilə qadınlar hormonal dəyişikliklər səbəbindən qarının alt hissəsində piy yığılmasına meyillidirlər. Bundan əlavə, qarın bölgəsindəki yağlar diabet və ürək xəstəlikləri kimi sağlamlıq problemlərinə səbəb ola bilər.
Qayanrinfo xəbər verir ki, “Eatthis” nəşrinin yazdığına görə, qarını düzəltmək üçün ev şəraitində tətbiq edilə bilən təsirli məşqlər mövcuddur.
Yan plank
Yan plank (mümkün olan ən uzun müddət ərzində jimə oxşar bir vəziyyətdə bədənin pozisiyasının saxlanılmasına çalışılan idman hərəkəti) bədənin gücünü və möhkəmliyini artırır, xüsusilə qarının əyri əzələlərini hərəkətə gətirir. Fitnes təlimçisi Kira Laşe bu məşqin həm də çiyinlər və ombalar üçün faydalı olduğunu bildirir.
* Əlləri çiyinlərin altında saxlayaraq düz xətt formasında yüksək plank mövqeyində başlayın.
* Çəkinizi sağ ələ və sağ ayağın xarici kənarına köçürün. Ayaqları birləşdirin.
* Ombanı qaldırın və bu vəziyyətdə 15-30 saniyə nəfəs alın. Daha sonra tərəfləri dəyişin.
Qayıq pozası
Bu poza balans və gücü inkişaf etdirir, bədənin bütün əsas əzələlərini, o cümlədən qarının alt hissəsini hərəkətə gətirir.
* Döşəkdə oturun, dizləri bükün və ayaqları yerə qoyun.
* Kürəyi düz tutaraq bir az arxaya əyilin.
* Ayaqları yerdən qaldırın və baldırları döşəməyə paralel vəziyyətə gətirin.
* İki əli irəli uzadın. 15-30 saniyə bu vəziyyəti saxlayın.
Üz yuxarı baxan it pozası
Bu məşq qarın əzələlərini gücləndirərək balans yaradır.
* Üz aşağı baxan it pozasında başlayın: ayaqlar və əllər döşəkdə, omba isə yuxarıda olmalıdır.
* Nəfəs alaraq önə keçin və plank mövqeyinə gəlin, çiyinlər biləklərin üstündə yerləşsin.
* Omba döşəyə yaxınlaşsın, ayaqlar düz qalsın.
* Əlləri möhkəm yerə basıb sinəni yuxarı qaldırın. Çiyinləri qulaqlardan uzaq tutun və bir neçə nəfəs müddətində bu vəziyyətdə qalın.
Oturacaq pozası
Bu poza bədənin dayanıqlığını artırır, qarın yağını yandırmaq üçün əsas əzələləri hərəkətə gətirir.
* Dik dayanaraq çiyinləri arxaya çəkib ayaqları birləşdirin.
* Dizləri bükərək oturacaqda oturacaqmış kimi aşağı enin, çəkini dabanlara yönəldin.
* İki əli baş üzərinə qaldırın, ovuclar bir-birinə baxsın.
* Qarın əzələlərini sıxaraq 15-30 saniyə bu vəziyyəti saxlayın.