backend

“Qarın çıxarmaq ən böyük mədəniyyətsizlikdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elit Star Cəmilə qarın çıxaran insanları mədəniyyətsizlikdə günahlandırıb. 

Elit Star Cəmilə qarın çıxaran insanları mədəniyyətsizlikdə günahlandırıb.

TİA.AZ xəbər verir ki, müğənni illərdir ki, idmanla məşğul olduğunu, formada qalmaq üçün hər gün 10 km gəzdiyini bildirib:

“Mən idman zallarına sadəcə şəkil çəkdirmək üçün yalandan gedən insanlardan deyiləm. Qidalanmama fikir verirəm. Saat 7-dən sonra ancaq meyvə yeyirəm, ağır və kalorili qidalardan uzağam. Təəssüf ki, indi çoxu əməliyyat vasitəsi ilə arıqlamağa çalışır. Azərbaycanlılar probelmin yaranmasının qarşısı almaq əvəzinə, problem baş verdikdən sonra onun həlli yollarını axtarır. Əgər insanda kökəlmə gedirsə və iştah artıbsa, ona sadəcə nəzarət etməyi bacarmaq lazımdır. Cavan qızlarda qarın görəndə çox əsəbiləşirəm. Ümumiyyətlə, qadın və ya kişi olmasından asılı olmayaraq, qarın çıxaran insanları heç sevmirəm. Mənim üçün qarın çıxartmaq ən böyük mədəniyyətsizlikdir. İnsanda bir balaca da qarın olanda ona ikrah hissi ilə baxaram”.

Müğənni bədənində heç bir plastik əməliyyat etdirmədiyini söyləyib.