Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər – HÖKM

Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər – HÖKM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabul Rayon Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmədə və xuliqanlıqda təqsirləndirilən Əhməd Vəliyev və onun qardaş Səttar Vəliyevin (hə ikisinin ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Orxan Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Səttar Vəliyev 3 il 6 ay və Əhməd Vəliyev isə 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Qardaşlar məhkəmə zalından həbs olunub.

İttihama görə, Əhməd Vəliyev dayısı oğlu, zərərçəkmiş İqbal Qədimovun onun qardaş Səttar Vəliyevin arvadına qarşı əxlaqsız təkliflər edib qadını narahat etdiyini zənn edib. Buna görə qardaşlar şəxsi münasibətlər zəminində ondan qisas almaq qərarına gəlib. Ötən il bu məqsədlə onlar birlikdə zərərçəkmiş şəxsi Hacıqabul rayonunun kəndlərindən birinin girişində tutub ona zor tətbiq etməklə qollarını küçədə olan qaz borusuna bağlamaq barədə qabaqcadan razılaşıb. Sonra qardaşlar İqbalı özünə məxsus mikroavtobusla sərnişinləri götürdüyü həmin kəndinin girişinə gəlməsini gözləyiblər. Zərərçəkmiş ora gələn kimi, Səttar başı ilə onun sifətinə zərbə endirərək burnunu sındırıb. Daha sonra qardaşlar birlikdə İqbalı küçədə olan qaz borusuna tərəf sürüyərək özləri ilə gətirdiyi iplə ora bağlayıb, köynəyini və şalvarını cıraraq əynindən çıxardıblar. Əhmədlə Səttar dayısı oğlunu orada 40 dəqiqə ərzində bağlı saxlayıb, uca səslə ətrafdakılara zərərçəkmiş şəxsin əxlaqsız hərəkət etdiyini deyiblər.

 

Hadisədən sonra qardaşlar saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.