Qardaşını öldürənin başını kəsmək istədi – Bərdədə qanlı olay

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Bərdə rayonunda yerli sakin həmkəndlisinin başını kəsmək istəyib.
  Bərdə rayonunda yerli sakin həmkəndlisinin başını kəsmək istəyib.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəymədağlı kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn zamanı baş verib. 

Belə ki, həmin kəndin sakini, 28 yaşlı Mövlan Adil oğlu Cabbarov həmkəndlisi Xaliq Qərib oğlu Məmmədovun bıçaqla boğazını kəsmək istəyib.

Nəticədə M.Cabbarov X.Məmmədovun boğaz, baş və bədənin müxtəlif nyihələrinə xəsarət yetirib. Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan “Report”un yerli bürosuna yaralının əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirilib. 

Hadisədən sonra M.Cabbarov Bərdə Rayon Polis Şöbəsinə gələrək könüllü təslim olub.

Qeyd edək ki, həmkəndlilər arasında uzun müddətdir “qan davası” olub. Belə ki, sonuncu dəfə X.Məmmədov M.Cabbarovun qardaşını qətlə yetirib.