backend

Qardaşını Kim Çen In öldürtdürüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen Inın qardaşının qətli ilə bağlı yeni iddialar ortaya atılıb. 

Şimali Koreya lideri Kim Çen Inın qardaşının qətli ilə bağlı yeni iddialar ortaya atılıb.

45 yaşlı Kim Çen Nama qarşı sui-qəsdin arxasında Şimali Koreya lideri durur.

İddialara görə, Kim Çen Nama 2 qadın həmyerlisi zəhərli iynə vurub. Həmin qadınların taksiyə əyləşərək hadisə yerindən qaçdıqları deyilir. Ehtimal edilir ki, şimali koreyalı qadınlar sifarişlə Kim Çen Namı öldürüblər.

Bir çox xarici KİV-lərdə yer alan xəbərə görə, Kim Çen Namın Malayziyadakı qətlinin sifarişçisi qardaşı Kim Çen Indır. KİV-lərin yazdığına görə, Kim Çen Nam əmisinin edam olunmasından sonra Şimali Koreyadan qaçaraq Malayziyaya yerləşib. Onun yeznəsinin də Kim Çen In tərəfindən xüsusi qəddarlıqla öldürüldüyü məlum olub.Hələlik qeyd olunan iddialar öz təsdiqini tapmayıb. Maraqlıdır ki, Kim Çen In qardaşının qətlinə heç bir reaksiya verməyib.