backend

Qardaşı qızını qaçıran “əmi”: Mollalar nədən qorxur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsəlman olan şəxs məhrəmi ilə nikah bağlaya bilməz. 

Müsəlman olan şəxs məhrəmi ilə nikah bağlaya bilməz.

Bu sözləri Axar.az-a məscidlərdən birindən Gəncədə baş vermiş əminin qardaşı qızını qaçırması olayı haqda danışan din xadimi deyib.

Həmin şəxs İcra Hakimiyyətinin icazəsi olmadan nümayəndəsi olduğu məscidin və öz adının çəkilməsinin qadağan olduğunu bildirib və hadisədə əsas günahın nikah kəsən mollada olduğunu deyib:

“Şəriətə görə, məhrəm sayılan insanlarla nikah haram sayılır. Molla nikahının şərtləri var. İlk növbədə şahid olmalıdır. Əgər qadının dedikləri doğrudursa və əri öz qardaşı qızını qaçırdıbsa, bu, haram bir işdir. Günah onu rəsmiləşdirən molladadır. Əslində, nikah kağızı onların iyrənc əməllərinə bir pərdə olub. Bəzi savadsız insanlar dini başqa cür təbliğ edərək insanlara pis örnək olurlar. Mollanı tapıb lazımi cəza vermək lazımdır. Qanuna görə, rəsmi nikahı olmayan şəxslərə nikah duası oxunsa da, onlara nikah kağızı verilməməlidir. Molla nikahının kağızı qanunla rəsmi şəkildə ər-arvad olan şəxslərə verilir.

Ümumiyyətlə isə şəriət bir kişinin eyni vaxtda dörd qadınla molla nikahına icazə verir”.

Başqa bir məşhur məscidin nümayəndəsi də sualımıza cavab versə belə, adının çəkilməsini eyni səbəbdən istəmədi:

“Bizdə din-filan yoxdur. Əgər bizdə din olsaydı, həmin əmi indi çoxdan daşqalaq edilmişdi. Elə onlara kəbin kəsən molla da. Belə şeylər haram buyurulub. Ar olsun onlara”.

Xatırladaq ki, Gəncə şəhərində üç uşaq atası 38 yaşlı Həsən Səfərovun arvadı ərinin 23 yaşlı ailəli olan qardaşı qızını qaçırıb onunla dini nikaha girdiyini iddia edib. Həsən Səfərov isə əks-iddialarla çıxış edərək arvadının ona xəyanət etdiyini deyib.