QARDAŞ ÖLKƏDƏ FƏLAKƏT YAŞANIR, HUMANİTAR TƏŞKİLATLAR “TÜKÜNÜ TƏRPƏTMİR” – XAİN HİYLƏ…backend

QARDAŞ ÖLKƏDƏ FƏLAKƏT YAŞANIR, HUMANİTAR TƏŞKİLATLAR “TÜKÜNÜ TƏRPƏTMİR” – XAİN HİYLƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələ ilə bağlı humanitar təşkilatların reaksiyası çevik deyil. Türkiyə dövləti bir neçə saatdır yatdım üçün çağrış edib, amma beynəlxalq humanitar təşkilatların “təcili yardım”proqramları işə düşməyib.

Tribunainfo.az xəbər verir ki, bu barədə siyasi ekspert Yeganə Hacıyeva fikir bildirib. O qeyd edib ki, təşkilatların tərpənməməsinə səbəb zəlzələnin yaratdığı çətinlikləri, fəsadları seçki ilində Ərdoğan hakimiyyətinin əleyhinə işləməsini istəmələridir:

“15 ildən çoxdur abunə olduğu vacib təşkilatlardan demək olar ki, hər gün cari işləri haqqında xəbər byulletenləri alıram. Bəziləri isə günün yarısı olmasına baxmayaraq hələ yerindən tərpənməyiblər.
Bu da anlaşılandır, yardım mövzusunda ona görə canfəşanlıq etməyəcəklər ki, zəlzələnin yaratdığı çətinlikləri, fəsadları seçki ilində Ərdoğan hakimiyyətinin əleyhinə işləsin.

Sosial media üzərindən platforma ulduzları, Facebook, Tvitter siyasətçiləri artıq hökümət yardım etmir deyə təbliğata start veriblər. Məsələn, şəhərlərin birində dağıntıların yanında canlı yayım açıb şikayət edən bələdiyyə işçisi var. Adama deyərlər, canın yanır, canlı yayım etməkdənsə bir işin qulpundan da sən yapış”.

Y.Hacıyevanın sözlərinə görə, anlaşılan odur ki, bunu bir imkan kimi Ərdoğan hakimiyyətinə qarşı istifadə etmək planı işə düşüb:

“Azərbaycan artıq humanitar yardım, texniki vasitə və mütəxəssis potensialı ilə Qardaşının yanındadır.
Cəmiyyət olaraq biz də Qardaş Türkiyənin yanındayıq və humanitar yardıma öz töhfəmizi vermək istəyirik. Türkiyə səfirliyindən humanitar yarım üçün hesabın açılması haqqında maraqlandım, hələ ki, yardım üçün hesab açılmayıb, ancaq açılan kimi bizimlə bölüşəcəklərini bildirdilər”.