“Qaranti – İnşaat 2012” MTK məhkəməyə verilib. Adı müxtəlif qalmaqallı işlərdə keçən şirkətlə bağlı Əliyev Mahir Həzrətqulu oğlu Nərimanov rayon məhkəməsində iddia qaldırıb. Tribunainfo.az bildirir ki, oktyabrın 9-da keçirilmiş prosesə hakim Solmaz Ədilova sədrlik edib. Vətəndaş şirkətdən ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Qeyd edək ki, bu şirkət haqda media resurslarında neqativ məlumatlar çoxdur. Şirkətin adı gözdən əlillər üçün bina tikilməsi zamanı yaranmış qanunsuz işlərdə keçib. Həmçinin, Nərimanov rayonunda xeyli vətəndaşın mülkiyyətini söküb və sahiblərini narazı salıb. Bu gün də məhkəmələrə üz tutan insanlar var.