Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 29 il ötür.
TİA.AZ xəbər verir ki, “Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri – ümumilikdə 22 nəfər həlak olub.
Əvvəllər rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması fərziyyəsi səsləndirilib. Ancaq bir neçə gün vertolyotun ermənilər tərəfindən vurulduğu təsdiqini tapıb. Terror aktı nəticəsində Mİ-8 hərbi vertolyotunda həlak olanların tam siyahısını təqdim edirik:
– Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
– İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
– Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri, daxili işlər naziri
– Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
– Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
– Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
– Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
– Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
– İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru
– Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi
– Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
– Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
– Saylau Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
– Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
– Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
– Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
– Alı Mustafa oğlu Mustafayev – telejurnalist
– Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
– Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
– Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
– Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
– Dmitri Borisoviç Yarovenko – vertolyot heyətinin üzvü