Qaradağın icra başçısına məxsus olduğu deyilən şirkət cərimələnsə də, işini davam edir – FOTObackend

Qaradağın icra başçısına məxsus olduğu deyilən şirkət cərimələnsə də, işini davam edir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılova məxsus olduğu deyilən şirkət tərəfindən rayonun Qızıldaş qəsəbəsi ərazisindən qanunsuz olaraq çınqıl daşındığı barədə yazmışdıq. Bildirmişdik ki, uzun müddət sözügedən ərazidən icra başçısına məxsus şirkət gündəlik 200 yük maşını çınqıl daşıyıb.
Sözügedən yazıdan sonra polis əməkdaşları və digər dövlət qurumlarının ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə ərazidə yoxlama keçirmir və tədbirlər zamanı Qızıldaş qəsəbəsində qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin “Kamaz” və “BMC” markalı iki yük avtomobili ilə daşınması aşkar olunmuşdu. İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etdiklərinə görə həmin yük avtomobillərinin sürücüləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, ekoloji tələblərin pozulmasına görə həmin obyektin sahibi barəsində də inzibati tənbeh tədbiri tətbiq edilmişdi.

Tribunainfo.az xəbər verir ki, icra başçısı S.Mikayılova məxsus şirkət etdiyi qanunsuzluğa görə cərimələndikdən sonra ərazidə bir müddət işlər dayandırıldı. Lakin bir neçə gündür ki, şirkət yenə də Qızıldaş qəsəbəsindən qanunsuz olaraq çınqıl daşınmasını davam etdirir. Ərazi yenə də durmadan qazılır və hər gün yüzlərlə yük maşını ilə ərazidən çınqıl daşınır. İcra başçısına məxsus şirkətin cərimələndikdən sonra da qanunsuz fəaliyyətini davam etdirməsi maraq doğurub. Ərazidə gecə gündüz yük maşınları hərəkət edir.
Qanunsuz və yöndəmsiz aparılan qazıntı səbəbindən ərazidə böyük çökəklik əmələ gəlib. Ətrafı toz bürüyüb və nə göz-gözü görür, nə də ərazidə nəfəs almaq mümkündür.