Qaradağda yaşayış binalarının və yeni salınmış məhəllənin açılışı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ələt qəsəbəsində əsaslı təmir olunmuş çoxmərtəbəli yaşayış binalarının və yeni salınmış abad məhəllənin açılışı olub. 

Ələt qəsəbəsində əsaslı təmir olunmuş çoxmərtəbəli yaşayış binalarının və yeni salınmış abad məhəllənin açılışı olub.


TİA.AZ xəbər verir ki, bu Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Ələt qəsəbəsinin Yeni Ələt yaşayış massivində əsaslı təmir olunmuş çoxmərtəbəli yaşayış binalarının və binaların əhatə etdiyi ərazidə yeni salınmış abad məhəllənin açılışında iştirak edib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və rayon İcra hakimiyyəti başçısının səyyar qəbul-görüşündə Ələt qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq qəsəbənin Yeni Ələt yaşayış massivində çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunmuş və binaların əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllənin açılış mərasimi keçirilib.

Açılış mərasimində rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.

Açılış mərasimində çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, Ulu Öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunublar.

Ələt qəsəbəsinin Yeni Ələt yaşayış massivində əsaslı təmir olunmuş çoxmərtəbəli yaşayış binalarının və binaların əhatə etdiyi ərazidə yeni salınmış abad məhəllənin açılışında iştirak edən ağsaqqallar çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd etdilər.

Çıxış edən sakinlər nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırdılar.

Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Ələt qəsəbəsinin Yeni Ələt yaşayış massivininin sakinlərindən 10 nəfəri fərdi qaydada dinləmişdir.
Sakinləri narahat edən problemlər dinlənildikdən sonra həmin məsələlərin müsbət həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə, müəssisə və təşkilat  rəhbərlərinə müvafiq tapşırıqlar verilib.