Qaradağda səkilərə tikanlı dəmirlər düzüldü – Foto

Qaradağda səkilərə tikanlı dəmirlər düzüldü – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonu Lökbatan qəsəbəsində səki boyu tikilən hasarlara dəmir tikanlar bərkidilib.

Tribunainfo.az xəbər verir ki, sakinlər arakəsmələrə niyə dəmir tikanların bərkildiyini bilmir. Narahatlıq yaradan bu problem bütün səki boyunca uzanır. Sakinlərin sözlərinə görə, günün qaranlıq saatında ani diqqətsizlik zamanı yıxılan insanın ciddi xəsarət almasına, hətta ölümünə səbəb olacaq dəmir tikanların kimlər tərəfindən qoyulduğu, hansı səbəbə düzüldüyü məlum deyil.
Qeyd edək ki, məsələ ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı. İcra hakimiyyətinin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar