backend

Qaradağda “Bayrağımız – qürurumuzdur” mövzusunda dəyirmi masa keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 09 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə dəyirmi masa keçirildi. 

TİA.AZ xəbər verir ki, bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 09 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə dəyirmi masa keçirildi

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, İnsan Hüquqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşiroğlu və digər qonaqlar iştirak edirdilər.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Milli Bayrağımızı əks etdirən rəsmlərindən ibarət guşə ilə tanış oldular, şagirdlərin vətənpərvərlik mövzusunda söylədikləri şeirləri dinlədilər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova 09 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunmasının əlamətdar bir hadisə olduğunu vurğulayaraq, müstəqillik rəmzimiz olan Dövlət Bayrağımızın yaranması tarixindən danışdı. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyini, sovet imperiyasının əsarətindən qurtulandan sonra yenidən bərpa olunduğunu qeyd etdi.

Bildirdi ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı olaraq təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikası Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etdi.

Daha sonra çıxış İnsan Hüquqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşiroğlu edən üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsinin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapdığını bildirdi. Qeyd etdi ki, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ölkəmizin milli dövlət rəmzlərini uca tutur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında, eləcə də 2009-cı il noyabrın 17 – də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamlar dövlətimiz tərəfindən milli atributlarımıza verilən yüksək dəyərdir. Bundan başqa regionlarda Bayraq Meydanlarının yaradılması cəmiyyətimizdə, xüsusilə də gənclərimizdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edir. Hazırda üçrəngli bayrağımız dünya dövlətlərinin bayraqlarının sırasında dalğalanmaqdadır.

Tədbirdə qeyd edildi ki, dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi hər bir ölkə vətəndaşının müqəddəs borcudur.