Qaradağ Rayonu ilə Seul arasında niyyət protokolu imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri Qaradağ Rayonu ilə Koreya Respublikasının Seul şəhərinin Yonqsan rayonu arasında qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası ənənəvi dostluq və diplomatik münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə niyyət protokolu imzalanıb 

Bakı şəhəri Qaradağ Rayonu ilə Koreya Respublikasının Seul şəhərinin Yonqsan rayonu arasında qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası ənənəvi dostluq və diplomatik münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə niyyət protokolu imzalanıb


Koreya Respublikasının Seul şəhərinin Yonqsan rayonun meri cənab
Sung, Jang Hyun və onu müşaiyət edən nümayəndə heyətinin 11-13 iyun 2017-ci il tarixində ölkəmizə işgüzar səfəri çərçivəsində 12 iyun 2017-ci il tarixində Bakı şəhəri Qaradağ rayonunda ikitərəfli işgüzar görüşlər keçirilib

Belə ki, Seul şəhərinin Yonqsan rayonun meri cənab Sung, Jang Hyun və onu müşaiyət edən nümayəndə heyəti Lökbatan qəsəbəsində ucaldılmış Ümumilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq xatirəsi böyük ehtiramla yad edilmişdir. Koreyalı qonaqlar Heydər Əliyev Mərkəzində ümummilli lider H.Əliyevin həyatını və onun siyasi fəliyyətini əks edən foto stendlə tanış olmuşlar. Nümayəndə heyətinə Ümummilli lider Heydər Əliyevin həyatı, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri və siyasi fəaliyyəti haqda ətraflı məlumat verilmişdir.
 
Həmin gün Koreyalı qonaqlar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən qəbul edilmiş və nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilmişdir.
       
Görüşdə qonaqları səmimi salamlayan cənab S.Mikayılov ötən son 25 il ərzində Koreya və Azərbaycan Respublikası arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən geniş məlumat vermişdir.
       
 Ötən müddət ərzində  dövlət başçısı cənab İlham Əliyevin  rəhbərliyi ilə ölkədə nəhəng sosial-iqtisadi layihələrin həyata keçirildiyini, Dövlət Proqramlarının uğurlu icrası, qeyri neft sektoru və sənayenin inkişafı, ölkənin mövcud iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün  yaradılmış əlverişli  biznes mühiti və iş adamlarına tətbiq edilən xüsusi güzəştlər, həmçinin Qaradağ rayonunun sənayesi, sosial-iqtisadi inkişaf göstəriciləri və ölkə iqtisadiyyatında tutduğu strateji mövqeyi haqqında  geniş məlumat verilmişdir.
       
Koreya Respublikasının Seul şəhərinin Yonqsan rayonun meri cənab
Sung, Jang Hyun rəsmi dəvət və səmimi qəbul üçün Rayon İcra Hakimiyyəıtinin Başçısı cənab S.Mikayılova nümayəndə heyyəti adından təşəkkürünü  bildirmiş, həmçinin keçirilən görüşün və gələcək prespektivləri haqda geniş məlumat vermişdir.
     
Cənab Sung, Janq Hyun ölkələrimiz arasında möcvud əlaqlərdən bəhs edərək gələcəkdə bu əlaqələrin genişləndirilməsinin və iş adamlarının qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini qeyd etmişdir.
     
Görüşdə ölkələr arasında mövcud olan, iqtisadi və mədəni əlaqələr çərçivəsində qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası ənənəvi dostluq və diplomatik münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə niyyət protokolu imzalandı.



 

 Görüşdə  ölkəmizin iqtisadiyyatını və Qaradağ rayonunun zəngin sənaye potensialını və sosial-iqtisadi inkişafını əks etdirən təqdimat nümayiş etdirilmişdir.

 Keçirilən görüşlərdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılmış, Koreyalı  iş adamlarının ölkəmizin və Qaradağ rayonunun iqtisadiyyatına investisiyalar yatırılmasına dəvət edilmiş və bu əlaqlərin qarşılıqlı davam etdirilməsi qərara alınmışdır.

Səfər çərçivəsində qonaqlar Bakının tarixi və gəzməli yerləri ilə, H.Əliyev mərkəzi,  Xalca muzeyi həmçinin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın fəaliyyəti ilə və Qobustan  Dövlət Tarix-Bədii Qoruğunda eksponatlarla yaxından tanış olmuşlar.