“Küçəyə atılan körpə xəstəxanaya yerləşdirilib, həkim nəzarətindədir və səhhətində problemi yoxdur”.
Bunu açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu deyib.
O, körpənin bir neçə gün sonra uşaq evinə yerləşdiriləcəyini bildirib:
“Bir neçə günə, daha doğrusu, həkimlər nə vaxt məsləhət görsə, onda körpə uşaq evinə yerləşdiriləcək”.
T.Mərdanoğlu hazırda hüquq-mühafizə orqanları tərəfindən körpənin valideynlərinin axtarışının davam etdiyini bildirib:
“Körpənin valideynləri hələ ki, polis tərəfindən axtarılır. Niyə atılıb, valideyni kimdir, səbəbləri araşdırılır. Körpənin valideynləri tapıldıqdan sonra əlavə məlumat verəcəyik”.