Qaraçuxur qəsəbəsində Neftçilər parkı əsaslı təmir edilir

Qaraçuxur qəsəbəsində Neftçilər parkı əsaslı təmir edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı təmiri rayonun daxili imkanları hesabına davam etdirilir

Parkın ərazisində su şəbəkəsi qurulmuş və işıqlandırma layihələri hazırlanmış, yaşıl çəmən əkilmiş, tamet daşları döşənmiş, ərazidən keçən yüksəkgərginlikli elektrik xətləri yeraltı kabel xətləri ilə əvəz olunmuş və yeni Kompleks Transformator Məntəqəsinin tikintisinə başlanılıb.

Hazırda parkda fəaliyyət göstərən qeyri-yaşayış obyektləri ərazidən köçürülərək, uşaq, idman və futbol meydançalarının layihələndirilməsi, eləcə də işıqlandırma sisteminin quraşdırılması üçün hazırlıq işləri aparılır.

Ahılların istirahətinin təşkili üçün parkda “Veteranlar guşə”sinin tikintisinə başlanılıb.

TİA.AZ