Qaraçuxur bələdiyyəsi barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, bələdiyyə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
528.1-ci maddəyə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə olunur.
Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfovdur.