Qaraciyər təmizliyinə diqqət yetirilməli vacib orqanlardan birincisidir
Müəyyən qidalar həftə ərzində qəbul edilərsə, qaraciyər təmizlənər, toksinlər yığılmaz.
Qaraciyər toksinlərlə potensial zəhərlənə bilən orqandır.
Alimlər qaraciyəri təmizləyən super qidaları açıqlayıb.
Cücərtilər – məsələn, buğda cücərtisi xlorofillə zəngin olduğu üçün qaraciyəri təmizləyir.
Buğdanı evdə səməni kimi cücərtməlisiz.
Çuğundur – nitrat və antioksidantlarla zəngindir, qaraciyərdə iltihabı azaldır
Qara üzüm – qaraciyərin dərmanıdır
Yaşıl yarpaqlı tərəvəzlər – kələm, brokkoli, brüsel kələmi, kərəviz, ispanaq, kahı parçalayıcı fermentlərin miqdarını artırıb, detoks effekti verir.
Qoz – Omeqa-3 turşusu ilə zəngindir, qaraciyər toxumasında piy toplanmasının qarşısını alır.
Qozu yeməzdən əvvəl suda isladın.