Qaraciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır.
Qaraciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır.
Onun orta çəkisi 1,5 kq-dır. Hesablamalara görə, qaraciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir. Ona görə də qaraciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir. Qaraciyərin fəaliyyətinin pozulması bir çox hallarda ciddi problemlərə səbəb ola bilər. Buna görə də təbiət onun etibarlı müdafiəsinin də qayğısına qalıb. Qaraciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir. Orqanizmdə olan heç bir digər orqan, qaraciyər kimi regenerasiya edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil. Bu orqanın ¾ hissəsini xaric etdikdən sonra, bir neçə həftə ərzində özünü tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir. Ancaq bu heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi təsiri nəticəsində o, özünü bərpa etmək funksiyasının öhdəsindən gələ bilmir. Bu halda qaraciyərin müxtəlif xəstəlikləri inkişaf etmiş olur.O xəstəliklər arasında ən çox yayılanları hepatitlər, qaraciyər piylənməsi, sirrozu və xərçəngidir.
Qaraciyər xərçəngi son illər bütün dünyada artmaqdadır. Bu, xərçəng səbəbi ilə ölümlərin içərisində üçüncü yerdə dayanır. Bəs bu xəstəliyin risk faktorları, əlamətləri hansılardır?Terapevt-qastroenteroloq Mətanət Cəfərova açıqlamasında bildirib ki, qaraciyər xərçəngi yaşlılarda cavanlara nisbətən, kişilərdə isə qadınlara nisbətən daha çox rast gəlinir.Həkim deyir ki, xəstəliyin əlamətləri arasında səbəbsiz arıqlamaq, iştahasızlıq,çox az yeməkdən sonra belə, toxluq və şişkinlik hissi ilk yerlərdədir: “Özünü xəstə kimi hiss etmək, qarında rahatsızlıq və ya ağrı, səbəbsiz bel ağrısı və qan azlığı, şişkin bir qarın, dərinin saralması, qaşınma, xroniki Hepatiti və ya sirrozu olan xəstənin birdən-birə pisləşməsi, yüksək qızdırma və tərləmə də qaraciyər xərçənginin əlamətləri sırasındadır. Bu əlamətlərdən hər hansı biri varsa, həmin şəxs mütləq həkimə müraciət etməlidir. Ancaq bir şeyi unutmaq olmaz. Xəstəlik bəzən əlamətsiz də başlaya bilər. Ona görə də əgər hər hansı bir qaraciyər xəstəliyiniz varsa, 6 aydan bir müayinə olunmağınız məsləhətdir. Bu, xüsusi ilə ailəsində qaraciyər xərçəngi olan Hepatit B daşıyıcılarına aiddir”.
M.Cəfərova xəstəliyin risk faktorlarını belə təsnifatlandırıb:
– Qaraciyər serrozu (böyüklərdə ən çox hepatit B və C ilə əlaqəli, uşaqlarda hemaxromatozla əlaqəli)
– Anabolik streaoidlərin qəbulu
– Ailəsində qaraciyər xərçəngi olanlar
– Aktiv qaraciyər xəstəliyi ( məsələn yüksək HBV–DNT)
– Əlavə olaraq piylənmə, diabet, aflatoksin, androgen, oral kontraseptivlər, alkoqol və siqaret də riski artıran faktorlardır.
Həkim onu da qeyd edib ki, Amerika Qastroenterologiya Birliyinin rəsmi klinik jurnalında nəşr olunan yeniaraşdırma qəhvənin qaraciyər xərçəngi riskini azaltdığını müəyyənləşdirib. Araşdırmanın nəticəsinə görə, gündə üç stəkan qəhvə içmək qaraciyər xərçənginə tutulma riskini yüzdə 50 faiz azaldır./Ailem.az