Bu gün komandamız “Atletiko”nun qonağıdır
Bu gün komandamız “Atletiko”nun qonağıdır
Bu gün “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. İstiPress-in məlumatına görə, Ağdam təmsilçisi IV tur çərçivəsində İspaniyada “Atletiko”nun qonağı olacaq.
Adıçəkilən komandaların ilk görüşü oktyabrın 18-də Bakı Olimpiya Stadionunda olub. Bu oyundan Azərbaycan çempionu madridlilərlə dueldən qolsuz heç-heçə ilə ayrılıb və ilk xalını qazanıb.
“Qarabağ” ilk turda İngiltərədə “Çelsi”yə 0:6, evdə isə İtaliya təmsilçisi “Roma”ya 1:2 hesabı ilə uduzub.
Matç saata 23:45-də başlayacaq. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) oyunun baş hakimi Deniz Aytekindir.