“Qarabağ”ın futbol üzrə Çempionlar Liqasının “C” qrupunda yer alan rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.
“Qarabağ”ın futbol üzrə Çempionlar Liqasının “C” qrupunda yer alan rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.
“Report” xəbər verir ki, rəqiblərdən “Roma” və “Çelsi” qələbə qazanıb, “Atletiko Madrid” isə heç-heçə ilə kifayətlənib.
“Qarabağ”ın noyabrın 22-də Bakıda qəbul edəcəyi İngiltərənin “Çelsi” klubu Premyer Liqanın 12-ci turu çərçivəsində səfərdə “Vest Bromviç”i darmadağın edib – 4:0.
İtaliyanın “Roma” kollektivi isə evdə “Latsio”nu qəbul edib və görüşü 2:1 hesablı qələbə ilə başa vurub.
Ağdam klubunun Bakıda və Madriddə heç-heçə etdiyi (0:0, 1:1) “Atletiko” isə doğma divarlar arasında “Real” ilə xallarını yarı bölüb – 0:0.
“Qarabağ”a gəldikdə isə Ağdam klubu Azərbaycan Premyer Liqasının son turunda “Sumqayıt”ı 2:0 məğlub edib.