“Qarabağ”ın yay təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirəcəyi komandalar məlum olub.
TİA.AZ xəbər verir ki, iyunun 7-si Bakıda toplaşacaq komanda ayın 18-i Avstriyaya yola düşəcək. Ağdamlılar Avstriyada 4 yoxlama oyunu keçirəcək.
İlk olaraq, iyunun 22-si Bolqarıstanın “Ludoqorets” komandası ilə, daha sonra sıra ilə iyunun 25-i Rumıniyanın “Kraiova”, iyunun 28-i Rusiyanın “Ufa” və iyulun 2-si Çexiyanın “Viktoriya” klubları ilə qarşılaşacaq.