Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın bu gün Belarusun BATE klubu ilə Bakıda keçirəcəyi ilk oyunda anşlaq gözlənilir.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, artıq oyun üçün 23 min bilet satılıb. Oyun saatına kimi digər biletlərin də satılıb bitəcəyi və stadionun tribunalarının tam dolacağı istisna olunmur.
Qeyd edək ki, “Qarabağ” – BATE oyunu saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Arenanın 31 mindən çox tamaşaçı tutumu var.