“Qarabağ”ın “Linfild”lə oyunlarının başlama saatı açıqlanıb

“Qarabağ”ın “Linfild”lə oyunlarının başlama saatı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağdamın “Qarabağ” klubunun növbəti avrokubok oyunlarının vaxtı açıqlanıb.
TİA.AZ xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə oyununun başlama saatı dəqiqləşib.
Şimali İrlandiya təmsilçisi ilə avqustun 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək. “Qarabağ” səfər oyununa Belfastda “Vindsor Park”da çıxacaq.
Avqustun 29-da Bakıda baş tutacaq matç isə saat 20:00-da başlayacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.