Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.
APA-nın verdiyi məlumata görə, bu barədə Fransa Prezidenti Fransua Olland uydurma erməni soyqırımının 102-ci ildönümünə həsr olunmuş anım mərasimində çıxışı zamanı deyib.
“Bu münaqişə hər il gənc insanların həyatına son qoyur.
Son zamanlar münaqişə daha da kəskinləşib, tez-tez hücumlar baş verir. Düzdür, tərəflər 23 ildən çox müddətdir ki, danışıqlar aparır, lakin biz gərək məsələnin həllini tapaq, çünki status-kvo qəbuledilməzdir. Bu münaqişənin hərbi həlli yoxdur”, – səlahiyyət müddəti başa çatmaqda olan prezident söyləyib.
Ölkəsinin danışıqlar prosesində cəlb olunduğunu xatırladan F. Ollandın sözlərinə görə, Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa məsələnin həllinin tapılmasına can atır.