“Qarabağ”ın gəncləri “Çelsi” ilə bacarmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan U-19 Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

 

Azərbaycan U-19 Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Oxu.Az-ın xəbərinə görə, Ağdam təmsilçisi V tur çərçivəsində İngiltərənin “Çelsi” komandasını qəbul edib.

Bakıda baş tutan görüşdə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər. 50-ci dəqiqədə Yaroslav Deda “Qarabağ”ı hesabda irəli çıxarıb. Lakin bundan sonra Rəşad Sadıqovun yetirmələri qapılarında üç top görüblər. 

Martell Teylor-Krossdeyl (60-cı dəqiqə), Çarli Braun (69) və Corc Makiçran (76) adlarını tabloya yazdırıblar.