Bu gün UEFA Gənclər Liqasının ikinci turunda Ağdamın “Qarabağ” və İtaliyanın “Roma” klublarının 19 yaşadək futbolçuları qarşılaşıb.
Bu gün UEFA Gənclər Liqasının ikinci turunda Ağdamın “Qarabağ” və İtaliyanın “Roma” klublarının 19 yaşadək futbolçuları qarşılaşıb.
TİA.AZ-ın məlumatına görə, “Qarabağ”ın 19 yaşlılardan ibarət komandası “Azərsun Arena”da “Roma”lı həmyaşıdlarına uduzub. Ağdam klubu 3 cavabsız qolla məğlub olub.
Qeyd edək ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ilk oyunda “Çelsi”yə 0:5 hesabı ilə uduzub.