“Qarabağ” klubunun futbol üzrə Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.
“Qarabağ” klubunun futbol üzrə Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.
TİA.AZ xəbər verir ki, Ağdam komandasının sentyabrın 27-də Bakıda qəbul edəcəyi İtaliya “Roma”sı öz meydanında “Verona” üzərində böyükhesablı qələbə qazanıb.
3:0 hesabı ilə başa çatan oyunda qollardan birini Raca Nainqqolan (22), daha ikisini isə Edin Ceko (33, 61) vurub.
İspaniyadan olan digər rəqib “Atletiko Madrid” isə öz meydanında Antonie Qrizmanın 61-ci dəqiqədə vurduğu qolla “Malaqa”nı məğlub edib.
“Qarabağ”ın Londonda 0:6 hesabı ilə məğlub olduğu “Çelsi”(İngiltərə) isə bu gün doğma divarlar arasında “Arsenal”ı qəbul edəcək.