“Necə ki, biz Qarabağı hərbi yolla qazandıq və necə ki, Azərbaycan Qarabğı hərbi yolla geri aldı, bundan sonra da heç nə dəyişməyəcək”. Tribunainfo.az bildirir ki, bunu “Ermənistan ordusu” hərbi-siyasi birliyinin rəhbəri Albert Bazeyan deyib.
O Qarabağ məsələsinin bitmədiyini iddia edərək, hələ də “çıxış yolu” olduğunu bildirib. “Qarabağı azad etməyin yolu müharibədir. Başqa variant yoxdur”.
P.S. Ermənilər hələ də nağıllar aləmindədirlər. Onlar elə zənn edirlər ki, halva, halva deməklə, ağız şirin olur. Qarabağ məsələsinin bitdiyini isə heç bir şəkildə qəbul etmək istəmirlər. Ermənilər o zaman ağ günə çıxacaq ki, təhrif olunmuş tarixdən imtina edəcək, qonşuları ilə yaxşı əlaqə quracaq, başqasının torpaqlarında gözləri olmayacaq və Qarabağ məsələsini birdəfəlik qapadacqlar. Əks təqdirdə, həmişə başları qapazlı olacaq.