Sentyabrın 25-i saat 12:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 4850 erməni daxil olub.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bunlardan 3900-nün siyahıyaalınması məlumatları ümumiləşdirilmiş, 950-nin ehtiyaclarının qiymətləndirilməsi isə müəyyənləşmə mərhələsindədir.
Əvvəlcədən müəyyən edilmiş yaşayış yeri olmayanların hamısı hökumət tərəfindən uyğun yaşayış yeri ilə təmin edilir.
Dəstək ehtiyaclarının hesablanması davam edir.