Qarabağdan qaçan quldurlar Paşinyana qarşı…

Qarabağdan qaçan quldurlar Paşinyana qarşı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycanın tələbinin Ermənistan tərəfindən reallaşdırılması böyük ehtimalla yaxın zamanlarda reallaşacaq. Tribunainfo.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın bununla bağlı hökumətin iclasında fikir səsləndirməsi Ermənistandakı separatçıları narazı salıb.
Ötən gün bir araya gələn separatçılar bəyanat yayıblar ki, Paşinyanın ATƏT-in Minsk Qrupunu buraxmaq niyyəti qəbuledilməzdir. İrəvandakı qondarma “Qarabağ nümayəndəliyində” keçirilən görüşdə isə Samvel Babayan və tərəfdarları hazırlanmış “bəyanat”ın mətnini qəbul etmədiklərini bildiriblər. Babayan deyib ki, mətn ümumi fikirləri əhatə edir, konkretlilik yoxdur.