Qarabağdakı qeyri-qanuni silahlılar dəstələrin (separatçı rejimin nümayəndələri-red.) hərbi qulluqçuları Ermənistan Respublikası Silahlı Qüvvələrində xidmətini davam etdirə bilərlər.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan məlumat verib.
“Müdafiə Ordusu”nun hərbi qulluqçularının Ermənistan Respublikasının Müdafiə Nazirliyinə daxil olması bizim üçün arzuolunan olardı, çünki onlar bizim soydaşlarımızdır, öz təcrübələri və hərbi bilikləri ilə ölkənin Silahlı Qüvvələrinə fayda verə bilərlər”, deyə Sarkisyan qeyd edib.
Hazırda Müdafiə Nazirliyi vəziyyəti öyrənir və Ermənistan Silahlı Qüvvələrinin sıralarına qoşulmaq istəyən bütün hərbi qulluqçular bu imkanı əldə edəcəklər. Nazir müavini əmin edib ki, nazirlik Qarabağdan olan hərbçilərlə əlaqə saxlayacaq.
Qqeyd edək ki, dünən separatçı rejimin “rəhbəri” Samvel Şahramanyan Qarabağ bğlgəsində fəaliyyət göstərən bütün qanunsuz qurumların 2024-cü il yanvarın 1-dək buraxılması haqqında “fərman” imzalayıb.