Qarabağ erməniləri Tavuşdan qaçdılar

Qarabağ erməniləri Tavuşdan qaçdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antiterror əməliyyatından sonra Qarabağı könüllü tərk edən ermənilər Ermənistanda da duruş gətirə bilmirlər. Tribunainfo.az xəbər verir ki, son statistik məlumata görə, köçən ermənilərin bir qismi artıq Ermənistanı tərk ediblər.

Dünən isə jurnalist Voskan Sarkisyan Tavuş rayonunda məskunlaşmış 2970 nəfər (780 ailə) erməninin bir hissəsinin artıq, oranı tərk etdiyini bildirib. O yazıb ki, hazırda onlardan cəmi 564 ailə (1920 nəfər) Tavuşda  yaşayır. “Yəni, bir ildə 216 ailə və ya 1050 nəfər Tavuşu tərk edib”.